Azərbaycan xalqı əzmli, qüdrətli, vətənpərvər bir xalqdır. Hər zaman dövlətin müstəqilliyi üçün birlik, həmrəylik göstəriblər. Ərazi bütövlüyünün uğrunda canlarından, qanlarından keçən neçə-neçə oğullar olub. Düşmən, gözünü torpaqlarımıza dikdiyi gündən ta bu günə qədər hər bir Azərbaycan əsgəri öz vətən borcunu yerinə yetirirlər. Azğın düşmən 1992 - 1993-cü illərdə Azərbaycanın gözü olan Qarabağ və ətraf rayonlarını işğal etdilər. Torpaqlarımız işğal olunan gündən xalqımız digər ölkəyə getməkdən çəkinir, öz fikirlərini bildirməkdən boyun qaçırırdılar. Vətənimizin, torpağımızın, Azərbaycanın ərzində bütövlüyünü təmin etmək üçün, Ali Baş Komandanımız illərlə bir çox yollara əl atıb. Sülh yolu ilə, danışıqlar apararaq, itkisiz torpaqlarımızı azad etmək istəyi baş tutmadı. O torpaqlar, 28 il düşmənin işğalı altında qaldı. İşğal ərzində düşmən müxtəlif vaxtlarda atəşkəsi pozurdular. Müxtəlif ərazilərdən ətraf rayonlarımızı atəşə tuturdular. Bu belə 2020-ci il 27 sentyabr tarixinə qədər düz, 28 il davam edib. 27 sentyabr 2020-ci il Azərbaycan tarixinə, Azərbaycan xalqının yaddaşına Şanlı Zəfərin başlandığı ilk gün kimi yazıldı. Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə Ordumuza hücum əri verildi. Həmin gün II Qarabağ müharibəsi ( Vətən müharibəsi) başladı. Bütün zabitlərimiz, əsgərlərimiz hər gün yorulmadan, usanmadan, cəsarətlə düşmənin üzərinə gedirdilər. 28 il əvvəl valideynlərinin əlindən tutub o torpaqlardan çıxan balalarımız indi əllərinə silah alıb düşməni o torpaqlardan çıxarırdılar. Qisas qiyamətə qalmadı. O torpaqlar başda Ali Baş Komandanımızın, Şəhidlərimizin, Qazilərimizin, Əsgərlərimizin və bütün Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsi ilə 44 gün ərzində işğaldan azad edildi. 44 gündə heç bir əsgərimiz bir addım da arxaya çəkilmədi, ancaq irəliyə doğru addımladılar. İtkisiz qələbə olmur, 44 gün ərzində biz 3000-ə yaxın Şəhid verdik. Torpaqlarımızın bütövlüyü uğrunda onlar öz canlarından keçdilər. Onlar torpağı bizə əmanət qoyub getdilər. Şəhidlərimiz bizə tək torpaqlarımızı deyil, eyni zamanda öz doğmalarını, valideynlərini, ailələrini, bacı-qardaşlarını və övladlarını da bu vətənə əmanət qoyub getdilər. Nə qədər ki, Azərbaycan xalqı var Şəhidlər Xiyabanı bizlər üçün müqəddəs yer, Şəhid ailələri isə müqəddəs ocaqdır!Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anmaq üçün hər il sentyabrın 27-si Azərbaycanda "Anım günü" kimi qeyd edilir. Bütün iş yerləri, eyni zamanda Təhsil ocaqlarının hər biri Şəhidlərimizin əziz xatirəsini Şəhidlər Xiyabanında dərin hüznlə anırlar, yaxınlarına Allahdan səbr diləyirlər. 27 sentyabr 20 2 2-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və I xanım Mehriban Əliyeva "Anım günü" ilə ilə əlaqədar Şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Füzuli rayonuna səfər etdilər. Füzuli rayon Qaraxanbəyli kəndində Anım gününə həsr olunmuş xatirə lövhəsinin üzərinə gül dəstələri qoydular. Saat 12:00-da Vətən müharibəsi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Prezidentimiz səfər zamanı çıxış etdi. Prezidentimizin Füzuli rayonuna səfəri təsadüfi deyil. Müharibə başlayan ilk gündən Füzuli rayonunun Qaraxanbəyli kəndi və digər 5 kənd işğaldan azad edilib. İlk Şəhidlərimizi biz məhv burada, bu yerdə vermişik.Qoyulan abidənin yanında düşmən səngərə yerləşirdi. Üçrəngli bayrağımız işğal altında olan torpaqlarda dalğalansın deyə Şəhidlərimiz öz canlarından keçdilər.Azərbaycan xalqının ləyaqəti bərpa edildi, ədalət bərpa olundu, düşmən məğlub oldu. Xalqımız öz doğma torpaqlarına qovuşdu. Bu Qələbəni biz Şəhidlərə, Qazilərə, əsgərlərə borcluyuq. Şəhidlərimiz Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq.ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!!!Minarə Əliyeva,Xocalı rayonundan məcburi köçkün